“Qarabağ”a qol vurdu, ən yaxşı adına namizəd seçildi
27.10.2023 - 09:49
“Qarabağ”a qol vurdu, ən yaxşı adına namizəd seçildi

Avropa Liqasında həftənin oyunçusu mükafatına namizədlər müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb. 

Bu mükafata 4 futbolçu iddia edir. Bu futbolçular Vinçenzo Qrifo ("Frayburq"), Rayan Qravanberx ("Liverpul"), Volf Eikrem ("Molde"), Florian Virtzdir ("Bayer"). Virtz "Qarabağ"la oyunda 1 qol, 3 asisst edərək fərqlənib.

Qeyd edək ki, ən yaxşı futbolçu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.
 

writer photo
Əlirza Əlirzalı
0