“Qarabağ”da itki
28.10.2022 - 00:37
“Qarabağ”da itki

“Qarabağ”ın heyətində itki baş verib.

Apasport.az saytının məlumatına görə, kapitan Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin V turunda “Nant”la səfər oyununda zədələnib.

Qarşılaşmanın 78-ci dəqiqəsində ötürmə zamanı əzələsində ağrı hiss edən yarımmüdafiəçi əvəzlənməli olub. Onun yerinə meydana Julio Romao daxil olub.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən “Nant” – “Qarabağ” oyununda hesab 1:1-dir.
 

writer photo
Əlirza Əlirzalı
0