"Qarabağ"da Lunyov problemi - Vətəninə qayıda bilər
09.04.2024 - 20:03
"Qarabağ"da Lunyov problemi - Vətəninə qayıda bilər

"Qarabağ"da Andrey Lunyovun məsələsi yenidən gündəmə gəlib.

Buna səbəb onun agentinin atdığı addımlar və verdiyi açıqlamalardır.

Apasport.az saytına verilən məlumata görə, Lunyovun agenti olan Anton Smirnov qolkiperi Rusiya Premyer Liqasına qaytarmağa can atır və onun şərtlərini qəbul edəcək klublardan biri ilə razılığa gəlmək niyyətindədir. Halbuki, bir müddət əvvəl tərəflər arasında yeni müqavilə ilə bağlı şifahi razılıq olmuşdu.

Lakin onun agenti Rusiya klublarından yaxşı maliyyə şərti irəli sürən olarsa, Lunyovu ölkəsinə qaytarmağa çalışacaq.

Bu qərar isə mövsümün sonunda komandadan ayrılmaq niyyətində olan, daha çox oyun praktikası qazanmağa çalışan Luka Quqeşaşvilinin qərarını dəyişə bilər.

Belə ki, rusiyalı kiper ölkəmizi tərk edərsə, Quqeşaşvili "Qarabağ"da qalaraq əsas heyətə düşmək uğrunda mübarizəsini davam etdirəcək.

Hələ ki, "Qarabağ"da qolkiperlərlə bağlı qeyri-müəyyənlik davam edir.

"Qarabağ" Lunyovla müqavilə müddətini bir illik artıra bilər. Yaxın günlərdə onun qalıb-qalmayacağı konkretlik tapacaq.

Quqeşaşvilinin Ağdam klubu ilə müqavilə müddəti isə 2025-ci il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0