“Qarabağ”da onlar zədəsini sağaltdı
29.09.2023 - 18:12
“Qarabağ”da onlar zədəsini sağaltdı

“Qarabağ”ın bir neçə zədəli futbolçusu komandaya qoşulub. 

Apasport.az saytına verilən məlumata görə, Bəhlul Mustafazadə, Redon Cica və Marko Veşoviç bu problemi arxada qoyub.

Uzun müddət zədəli olan, kollektivdən uzaq düşən Abbas Hüseynov müalicəsini başa vurub və hazır vəziyyətə çatıb. 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov zədəsini tam sağaldan futbolçuya növbəti matçlarda şans verəcəyi gözlənilir. Hüseynov bu gün "Sumqayıt"la, Avropa Liqasının ikinci turunda isə "Hekken"lə matça çıxa biləcək.

Qeyd edək ki, Abbasın ötən mövsüm qış toplanışı zamanı diz çarpaz bağları qopmuş və əməliyyat edilərək uzun müddət sıradan çıxmışdı.
 

writer photo
Əlirza Əlirzalı
0