“Qarabağ”da yubileylər
08.08.2022 - 09:57
“Qarabağ”da yubileylər

Musa Qurbanlı və Ramil Şeydayev “Qarabağ”ın formasında Premyer Liqada yubiley qollarına imza atıblar.

Apasport.az saytının məlumatına görə, hər iki futbolçu Ağdam təmsilçisinin heyətində 10-a çatıb.

Bu, Misli Premyer Liqasının I turunda gerçəkləşib. “Səbail” üzərində 3:1 hesablı qələbə zamanı hesabı açan Musa 10-cu qolunu 21-ci oyununda vurub. Dubl müəllifi olan Ramil isə “Qarabağ”dakı 41-ci çempionat görüşündə bunu bacarıb. O, Azərbaycan çempionatında “Qarabağ” forması ilə ən azı 10 qol vuran 40-cı futbolçu olub. “Səbail”lə görüşədək 38 oyunçu bunu bacarmışdı.

Qeyd edək ki, Premyer Liqadakı ümumi qol sayında Şeydayev 16-ya, Qurbanlı 11-ə çatıb.

writer photo
Əlirza Əlirzalı
0