“Qarabağ”dan asılı transfer
08.07.2022 - 09:44
“Qarabağ”dan asılı transfer

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Polşa çempionu, xüsusən də, müdafiə xəttini gücləndirmək niyyətindədir.

Poznan təmsilçisi “Barnsli”də çıxış edən Mixal Helik üçün İngiltərə klubu ilə danışıqlara başlayıb. Lakin Polşa millisinin mərkəz müdafiəçisinin transferi “Qarabağ”la revanş matçının nəticəsindən asılı olacaq. Komanda mərhələ adlayacağı təqdirdə 26 yaşlı oyunçu bu keçidə razılıq verəcək.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Lex” oyunu saat 20:00-da başlayacaq. Polşadakı ilk qarşılaşmada ev sahibləri 1:0 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0