“Qarabağ” Avropa Liqasında yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi turnirdə Azərbaycan komandalarının ən yaxşı 1-ci dövrəsinə imza atıb.
Qurban Qurbanovun yetirmələri ilk üç qarşılaşmada 6 xal toplayıb. Bunadək nə “Qarabağ”ın özü, nə də bu turnirdə iştirak edən digər təmsilçilərimiz belə göstəriciyə nail olmayıb.
Avropa Liqasının qrupunda “Qəbələ” iki, “Neftçi” bir dəfə oynayıbsa, “Qarabağ”ın 7-ci cəhdidir. Bu 10 qrup sınağından dördündə Azərbaycan klubu iki görüşdə xal toplayıb. Üç dəfə bir qələbə və bir heç-heçəyə nail olan Ağdam təmsilçisi bu dəfə iki qalibiyyətə sevinib.
İndiyədək ən yaxşı nəticə üç il əvvəlki idi. Həmin vaxt 4 xalla yanaşı top fərqində tarazlıq var idi.
6 xalla dövrənin rekordu ilə yanaşı ilk dəfə Azərbaycan klubu I dövrəni qolların müsbət fərqi ilə qapayır. “Qarabağ” ilk üç matçdakı vurulan qol sayında rekord vurub, buraxılan toplarda isə təkrarlayıb.
Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsinin I dövrəsində
1 |
Qarabağ |
2022/23 |
2 |
0 |
1 |
7-2 |
6 |
2 |
Qarabağ |
2019/20 |
1 |
1 |
1 |
6-6 |
4 |
3 |
Qarabağ |
2014/15 |
1 |
1 |
1 |
1-2 |
4 |
4 |
Qarabağ |
2016/17 |
1 |
1 |
1 |
5-7 |
4 |
5 |
Qarabağ |
2015/16 |
1 |
0 |
2 |
2-4 |
3 |
6 |
Qəbələ |
2015/16 |
0 |
1 |
2 |
2-5 |
1 |
7 |
Neftçi |
2012/13 |
0 |
1 |
2 |
1-4 |
1 |
8 |
Qəbələ |
2016/17 |
0 |
0 |
3 |
3-7 |
0 |
9 |
Qarabağ |
2020/21 |
0 |
0 |
3 |
1-6 |
0 |
10 |
Qarabağ |
2018/19 |
0 |
0 |
3 |
0-6 |
0 |