“Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB
08.05.2023 - 21:52
“Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB

Misli Premyer Liqasında XXXIII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son oyun günündə bir matç baş tutub.

“Azersun Arena”dakı qarşılaşmada “Qarabağ” “Qəbələ”ni qəbul edib. Çempionatın lideri ilk yarının sonlarında Elvin Cəfərquliyevin qolu ilə hesabı açıb.

Qonaqlar ikinci hissədə oyunda donuş yaratmağa çalışsa da, Qurban Qurbanovun yetirmələri daha iki qol vuraraq böyük hesabla qalib gəlib. Abdullah Zubir və Ramil Şeydayev qonaqların qapısına yol tapıb – 3:0.

Qeyd edək ki, növbəti – XXXIV turun görüşləri mayın 12-17-də keçiriləcək.
 

Misli Premyer Liqası
XXXIII tur
8 may (bazar ertəsi)
20:00. “Qarabağ”– “Qəbələ” - 3:0
Qollar: 
Elvin Cəfərquliyev, 43, Abdullah Zubir, 73, Ramil Şeydayev, 84
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
Baş hakim: Rəvan Həmzəzadə
“Azersun Arena”

1

Qarabağ

33

26

6

1

84-22

84

2

Sabah

33

24

5

4

71-23

77

3

Neftçi

33

18

7

8

58-36

61

4

Qəbələ

33

13

9

11

45-44

48

5

Zirə

33

12

9

12

41-45

45

6

Turan Tovuz

33

9

8

16

31-43

35

7

Kəpəz

33

6

11

16

31-57

29

8

Sumqayıt

33

7

7

19

24-62

28

9

Səbail

33

6

7

20

29-57

25

10

Şamaxı

33

4

11

18

25-50

23

Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") - 20 qol, Ramil Şeydayev ("Qarabağ") - 20 qol, Coy Lens Mikels ("Sabah") - 17 qol, Emin Mahmudov ("Neftçi") - 16 qol, Aleksey Kaşuk ("Sabah") - 16 qol

writer photo
Əlirza Əlirzalı
0