“Qarabağ” transfer siyasətini davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisinin transfer siyahısında olan futbolçunun adına aydınlıq gəlib.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “Qarabağ” Bosniya və Herseqovina yığmasının üzvü olan Muhammed Besiçlə maraqlanır. Belə ki, Azərbaycan çempionu Çempionlar Liqasında liqa mərhələsinə düşəcəyi təqdirdə, yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalamağı planlaşdırır.
Futbolçu ilə danışıqlar aparılıb. Besiçə bir neçə təklif var. Onun “Qarabağ”ı seçmək şansı da az göstərilmir. Sadəcə klub ÇL-də qrup oynayacağı təqdirdə, ona son təklifini edərək razı salmağa çalışacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü hazırda klubsuzdur. O, son olaraq Macarıstanın “Ferentsvaroş” klubunda oynayıb. Bundan savayı isə Besiç “Hamburq”, “Everton”, “Midlsboro”, “Şeffild Yunayted” komandalarında çıxış edib.