"Qarabağ"ın 5 legioneri milli komandalarda
14.11.2023 - 01:45
"Qarabağ"ın 5 legioneri milli komandalarda

“Qarabağ”ın beş legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

Apasport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Marko Veşoviç və Marko Yankoviç Monteneqro, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade ilə Leandro Andrade Kabo Verde yığmasına dəvət olunublar.

Monteneqro millisi noyabrın 16-da evdə Litva, üç gündən sonra səfərdə Macarıstanla üz-üzə gələcək.

Kabo Verde isə noyabrın 18-də Anqola, 21-də Esvatini ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0