“Qarabağ”ın avrokuboklardan qazanacağı məbləğ müəyyənləşdi
10.08.2022 - 10:32
“Qarabağ”ın avrokuboklardan qazanacağı məbləğ müəyyənləşdi

“Qarabağ”ın bu mövsüm avrokuboklarda qazanacağı minimum məbləğ müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasında (ÇL) pley-offa qədər irəliləməklə büdcəsini zənginləşdirib.

Ağdam təmsilçisi pley-offda məğlub olaraq, turniri tərk etsə belə, yüksək məbləğdə mükafat əldə edəcək. Çünki Çempionlar Liqasında pley-offa qədər irəliləyib, orada uduzanlar 5 milyon avro qazanacaqlar.

Təmsilçimiz Avropa Liqasının (AL) qrupuna yollansa belə, yenə qazancı böyük olacaq. Bu halda daha 4,11 milyon avro gəlir olacaq. Bir sözlə, Qurban Qurbanovun yetirmələrinin pley-offda məğlub olaraq AL-ə yuvarlanması onlara ümumilikdə 9,11 milyon avro (15,78 milyon manat) qazandıracaq.

“Qarabağ” əgər Çexiya klubu “Viktoriya”nı da üstələyərək, qrupa düşməyi bacarsa, o zaman 15,64 milyon avroluq qazanc götürəcək. Bu isə 27 milyon manatdan bir qədər çoxdur.

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda, cavab görüşü isə ayın 23-də Plzendə keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0