“Qarabağ”ın futbolçusu Türkiyə klubuna keçir
09.09.2024 - 12:31
“Qarabağ”ın futbolçusu Hamidu Keyta karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Fransalı hücumçu “Konyaspor”la razılaşıb. Super Liqa təmsilçisinin Keyta ilə 2 illik müqavilə imzalayacağı bildirilir.
Keyta bu gün Konyaya gedərək, yeni klubuna keçidini tamamlayacaq.
Hamidu bu mövsüm 7 oyunda 1 qol vurub.
0
0