“Qarabağ”ın hücumçusu ölkəsinin ən yaxşıları sırasında
15.06.2022 - 10:09
2021/22 mövsümündə xarici ölkələrdə ən çox qol vuran seneqallı futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın hücumçusu İbrahima Vadji ölkəsinin ən məhsuldar ikinci oyunçusu olub.
Ağdam klubunun heyətində ötən mövsüm 16 qola imza atan 27 yaşlı forvard reytinqdə ikinci pillədədir. O, yalnız Seneqal yığmasının lideri Sadio Manedən geri qalır. “Liverpul”un hücumçusu mövsüm ərzində 23 dəfə fərqlənərək, ölkəsinin bombardiri adına layiq görülüb.
Şerif Ndiaye (“Şanxay Port”, Çin) və Famara Dyedyu (“Alanyaspor”, Türkiyə) hərəyə 13 qolla 3-cü yeri bölüşüb.
0
0