"Qarabağ"ın matçına 24700 bilet satılıb
26.08.2024 - 21:08
"Qarabağ"ın matçına 24700 bilet satılıb

UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo" (Zaqreb, Xorvatiya) oyununa bilet satışı davam edir.

Apasport.az xəbər verir ki, artıq 24700 bilet satılıb. 

Avqustun 28-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

 

writer photo
Əlirza Əlirzalı
0