“Qarabağ”ın növbəti rəqibi kim olacaq?
15.06.2022 - 00:00
“Qarabağ”ın növbəti rəqibi kim olacaq?

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın da növbəti mümkün rəqibi bəlli olacaq.

Ağdam təmsilçisinin Polşa “Lex”i ilə təşkil etdiyi cütün qalibinin kiminlə qarşılaşacağı bilinəcək. Bu raundda Çempionlar yolunda 15 cüt və ilk mərhələdən azad 5 klub çıxış edəcək. Qurban Qurbanovun yetirmələrinin yer aldığı cüt püşk zamanı səpələnmişlərdən olacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatma ərəfəsində UEFA komandaları qruplara bölüb. “Qarabağ”ın “Lex”lə cütü 1-ci qrupda səpələnmişlər sırasındadır. 

Təmsilçimizi üç variant gözləyir: “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi və “Sürix” (İsveçrə).
 

Çempionlar Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)
“Olimpiakos” (Yunanıstan)
“Viktoriya” (Çexiya)
"Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) cütünün qalibi
"Malmö” (İsveç) - İlkin mərhələnin qalibi cütünün qalibi
"Ludoqorets" (Bolqarıstan) - "Sutyeska" (Monteneqro) cütünün qalibi
"Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) cütünün qalibi
"Pünik" (Ermənistan) - ÇFR (Rumıniya) cütünün qalibi
"Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi
"Bode Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları) cütünün qalibi

Səpələnməmişlər
"Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus) cütünün qalibi
"Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya) cütünün qalibi
"Balikani" (Kosovo) - "Jalgiris" (Litva) cütünün qalibi
HIK (Finlandiya) - RFŞ (Latviya) cütünün qalibi
TNS (Uels) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi
"Şemrok Rovers" (İrlandiya) - "Hibernians" (Malta) cütünün qalibi
"Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi
"Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail)
“Sürix” (İsveçrə)

Bu gün həm də Liqa yolunun püşkü atılacaq. Türkiyənin vitse-çempionu “Fənərbaxça”nın yeni mövsümdəki ilk rəqibi bəlli olacaq.

Liqa yolu
II təsnifat mərhələsi

“Dinamo” (Kiyev, Ukrayna)
“Midtulland” (Danimarka)
“Fənərbaxça” (Türkiyə)
AEK (Kipr)

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0