“Qarabağ”ın oyununa daha 2500 bilet
16.08.2022 - 12:20
“Qarabağ”ın oyununa daha 2500 bilet

Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyununa daha 2500 bilet satışa çıxarılır.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Belə ki, qonaq komandanın azarkeşləri tribunada yer almayacaqlar. Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri “Qarabağ” azarkeşləri üçün satışa çıxarılacaq. Həmin biletlər iticket.az və kassalarda satılacaq.

Qeyd edək ki, sabah keçiriləcək matç saat 20:45-də başlayacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0