“Qarabağ”ın oyununda işıqlar söndü
24.12.2022 - 18:40
“Qarabağ”ın oyununda işıqlar söndü

Misli Premyer Liqasının XVIII turunun “Səbail” - “Qarabağ” oyununda xoşagəlməz hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın fasiləsində “ASCO Arena”nın işıqları sönüb.

Problem qısa müddətdə həllini tapıb. Lakin qarşılaşmanın ikinci yarısı nisbətən gecikmə ilə başlayıb.

Qeyd edək ki, oyunun ilk 45 dəqiqəsində qol vurulmayıb.

writer photo
Əlirza Əlirzalı
0