"Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub
05.08.2024 - 20:23
"Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub.

Apasport.az xəbər verir ki, təmsilçimiz III təsnifat mərhələsində "Ludoqorets"i mübarizədən kənarlaşdırsa, üz-üzə gələcəyi "Dinamo Zaqreb"lə ilk matçını avqustun 20-si səfərdə keçirəcək.

Cavab görüşü isə avqustun 28-i Bakıda baş tutacaq.

Qeyd edək ki, ilk qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0