"Qarabağ"ın potensial rəqibləri qarşılaşdı
09.07.2024 - 23:45
"Qarabağ"ın potensial rəqibləri qarşılaşdı

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhləsinə start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın ÇL-in 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri üz-üzə gəlib.

“Hamrun” Maltada Cəbəllütariq “Linkoln”unu qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Linkoln"un yeganə qolunu 37-ci dəqiqədə Ethan Britto vurub.

Bu komandalar arasında cavab görüşü iyulun 16-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0