"Qarabağ"ın prezidenti Avropa Liqasının püşkatma mərasimində
23.02.2024 - 14:57
"Qarabağ"ın prezidenti Avropa Liqasının püşkatma mərasimində

“Qarabağ”ın prezidenti Tahir Gözel və klub nümayəndələri İsveçrənin Nyon şəhərinə səfər ediblər. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib. 

Bildirilib ki, Ağdam təmsilçisinin prezidenti və klub nümayəndələri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasında iştirak etmək üçün UEFA-nın mənzil-qərargahındadır.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq. 

writer photo
Əlirza Əlirzalı
0