Avropa Liqasında komandaların qrup qalibi olmaq şansları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın da 1-ci yer şansı bəlli olub.
Bukmekerlər Qurban Qurbanovun yetirmələrinə inanmır. Bu üzdən də Ağdam klubunun G qrupunun qalibi olmaq əmsalı 14,00-dır, Təmsilçimizin digər yerləri tutmaq ehtimalı isə 1,02 ilə dəyərləndirilir.
Əmsallara nəzər salsaq, “Frayburq” qrupun əsas favoritidir. “Olimpiakos” isə ikinci iddiaçı hesab olunur.
Qrup qalibi olacaq
“Frayburq” – 2,20
“Olimpiakos” – 3,50
“Nant” – 3,80
“Qarabağ” – 14,00
Qrup qalibi olmayacaq
“Frayburq” – 1,67
“Olimpiakos” – 1,30
“Nant” – 1,27
“Qarabağ” – 1,02