“Qarabağ”ın rəqibi bəlli oldu – HİK
02.08.2023 - 23:41
“Qarabağ”ın rəqibi bəlli oldu – HİK

"Qarabağ”ın Avropa Liqasındakı rəqibi müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, Ağdam klubu Finlandiya HİK-i ilə qarşılaşacaq.

"Qarabağ"ın rəqibi Çempionlar Liqasının II təsnifat mərhələsində "Molde"yə (Norveç) uduzub - 1:0, 0:2.

Azərbaycan çempionu HİK ilə ilk matçı avqustun 10-da evdə, cavab görüşünü 1 həftə sonra səfərdə keçirəcək. 

Qeyd edək ki, "Qarabağ“ Çempionlar Liqasının II təsnifat mərhələsində "Rakuv”la (Polşa) mübarizədən məğlub ayrılıb (2:3,1:1).

writer photo
Əlirza Əlirzalı
0