“Qarabağ”ın rəqibində narazılıq – Bakıdakı darmadağın...
04.10.2022 - 15:12
“Qarabağ”ın rəqibində narazılıq – Bakıdakı darmadağın...

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Nant”da baş məşqçi Antuan Kombuarenin postu laxlayıb.

Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, komandanın cari mövsümə uğursuz start götürməsi rəhbərliyin narazılığına səbəb olub.

Klub, xüsusən də, 4 matçın nəticəsinə görə çalışdırıcını günahlandırır. Məsələ burasındadır ki, ötən mövsüm böyükhesablı məğlubiyyəti olmayan Kombuarenin yetirmələri bu mövsüm artıq dörd dəfə 3 və daha çox top fərqilə uduzub. Bunlardan biri Fransa Superkubokunda PSJ (0:4), ikisi Liqa1 çərçivəsində PSJ (0:3) və “Monako” (1:4), biri isə “Qarabağ”la (0:3) Avropa Liqası matçına təsadüf edib.

Yerli futbol ictimaiyyəti uğursuz çıxışı komandanın sıx təqvimdə oynamağa hazır olmaması ilə əlaqələndirib və yay fasiləsində lazımi transferlərin edilmədiyi qənaətindədir.

Qeyd edək ki, “Nant” 9 turdan sonra 7 xalla Liqa1-də 16-cı pillədə qərarlaşır. Fransa klubu Avropa Liqasının qrup mərhələsinin II turunda Bakıda “Qarabağ”a 0:3 hesabı ilə yenilib.
 

writer photo
Əlirza Əlirzalı
0