“Qarabağ”ın SƏBƏTİ
24.08.2022 - 00:50
“Qarabağ”ın SƏBƏTİ

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı yer ala biləcəyi səbətlər bəllidir.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz püşkatma zamanı ya 2-ci, ya da 3-cü səbətdə yer alacaq.

Qrup mərhələsinin bütün iştirakçıları bilinmədiyi üçün səbət dəqiqləşməyib. Lakin Ağdam klubu ən azı 8 komandadan geri qaldığı üçün I, eyni sayda klubdan öndə olduğundan IV səbətdə düşməyəcək. Qurban Qurbanovun yetirmələrinin səbəti Çempionlar Liqası və Avropa Liqasında pley-offun digər matçlarından asılı olacaq. 

Qeyd edək ki, püşkatma avqustun 26-da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0