Avropanın top komandalarının avqust ayı üçün son reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə 438 ən güclü klub yer alıb.
Siyahıda bir sıra dəyişikliklər baş verib. Azərbaycan reytinq siyahısında üç klubla təmsil olunub.
Ardıcıl 9-cu dəfə avrokubokların qrupunda oynayacaq “Qarabağ” ölkəmizin ən yaxşısıdır. Qurban Qurbanovun yetirmələri 204 xala malikdir.
Çempionlar Liqası ilə vidalaşaraq Avropa Liqasına düşən Ağdam klubu 79-cu yerdə qərarlaşıb. Azərbaycan çempionu ötən cədvəllə müqayisədə 4 addım geriləyib.
“Neftçi” 33 xalla qitədə 218-ci pilləyə enib. Təmsilçimiz üç addım geri düşüb. “Qəbələ” 5 xala 389-cüdür. Bölgə təmsilçisi 12 pillə geriləyib.
Qeyd edək ki, siyahıya 2269 xala malik “Real” başçılıq edir.