“Qarabağ”la “Neftçi” “bolşevik”, “Zirə” “menşevik”
24.05.2022 - 17:36
“Qarabağ”la “Neftçi” “bolşevik”, “Zirə” “menşevik”

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümündə ən çox ÜST və ALT oynayan komandalar bəlli olub.

Apasport.az saytının məlumatına görə, çempionatın 112 matçından 55-i ÜST, 57-si ALT ilə nəticələnib.

“Qarabağ”la “Neftçi”nin görüşlərində daha çox – hərəsində 16 dəfə ikidən çox qol vurulub. Premyer Liqanın iki ən yaxşısı kimi autsayder “Səbail”in də oyunlarının yarıdan çoxunda ÜST qeydə alınıb.

Premyer Liqada ÜST oynayan klublar
1-2. “Qarabağ” – 16 (57%)
“Neftçi” – 16 (57%)
3. “Səbail” – 15  (54%)
4. “Sabah” - 14 (50%)
5-6. “Şamaxı” – 13  (46%)
“Qəbələ” – 13 (46%)
7. “Sumqayıt” – 12 (43%)
8. “Zirə” - 11 (39%)

Premyer Liqada ALT oynayan klublar
1. “Zirə” - 17 (61%)
2. “Sumqayıt” – 16 (57%)
3-4. “Şamaxı” – 15  (54%)
“Qəbələ” – 15 (54%)
5. “Sabah” - 14 (50%)
6. “Səbail” – 13  (46%)
7-8. “Qarabağ” – 12 (43%)
“Neftçi” – 12 (43%)
 

writer photo
Əlirza Əlirzalı
0