“Qarabağ”la “Olimpiakos”u birləşdirən ÜST
07.10.2022 - 17:57
“Qarabağ”la “Olimpiakos”u birləşdirən ÜST

Avropa Liqasında ən çox Üst və Alt oynayan klublar bəlli olub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” bütün matçlarında 3 və ya daha çox qol qeydə alınan komandalar arasındadır.

Qurban Qurbanovun yetirmələrinin hər üç görüşündə Üst qeydə alınıb. Maraqlıdır ki, bütün qarşılaşmalarda eyni sayda – 3 qol vurulub.

Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu “Nant”ı Bakıda, “Olimpiakos”u Yunanıstanda 3 cavabsız qolla məyus edib. Elə Pirey klubunun da hər üç oyunu Üst bitib.

Bu iki klub kimi “Sürix”, “Renn”, “Roma”, “Omoniya”, “Feyenoord” və “Trabzonspor” da ancaq çoxqollu görüşlərdə iştirak edib. İki matça çıxan “Arsenal”da da Üst 100 faiz təşkil edir.

Yalnız bir komandanın bütün qarşılaşmaları Alt-la nəticələnib. Bu da Almaniya təmsilçisi “Union”dur.

Qeyd edək ki, “Qarabağ”ın yer aldığı G qrupu ən çox Üst-ə təsadüf olunan “dördlük”dür. Buradakı 6 matçın yalnız birində Alt yaşanıb. 5 görüşü keçirilən A qrupunda da bir dəfə 2 və ya az qol vurulub.

writer photo
Əlirza Əlirzalı
0