“Qartallar”ın qış fasiləsində ilk transferi
26.12.2023 - 23:20
“Qartallar”ın qış fasiləsində ilk transferi

Premyer Liqası təmsilçisi “Zirə” dövrələrarası fasilədə ilk transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisi Ceyhun Nuriyevi heyətinə cəlb edib. “Sabah”dan transfer olunan 22 yaşlı yarımmüdafiəçiylə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” Premyer Liqada 18 turdan sonra 29 xalla 2-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0