“Qəbələ” 1/4 finalda - YENİLƏNİB
19.12.2023 - 18:04
“Qəbələ” 1/4 finalda - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/8 finalın daha bir oyunu keçirilib.

Apasport.az xəbər verir ki, günün ikinci matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası “İmişli” ilə görüşüb. 1-ci liqa klubu qarşılaşmanın nominal meydan sahibi olub.

Görüşün taleyini uzatma dəqiqələrində həll edən “Qəbələ” çətin qələbə qazanıb – 1:0.

Qeyd edək ki, “Qəbələ” 1/4 finalda “Araz-Naxçıvan”la qarşılaşacaq.

Azərbaycan kuboku
1/8 final
19 dekabr (çərşənbə axşamı)
16:00. “İmişli” – “Qəbələ” - 0:1
Qol:
Mehrac Baxşalı, 90+2
“İmişli”: 13. Mehman Hacıyev, 3. Nodar Məmmədov, 5. Nihad Tamazov, 6. Nəbi Məmmədov, 8. Tolqar Yaquvov (k), 9. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 17. Gülağa Əsədov, 2. Tonia Tisdel, 23. Gilyerme Silva, 30. Ezekiel Morqan
Ehtiyat oyunçular: 1. Mövlan Kərimov, 29. Ayhan Arazlı, 7. Emin Quliyev, 4. Fərid Nadirov, 57. Məzahir Əhmədov, 32. Rəhim Cəfərli
Baş məşqçi: Əsgər Abdullayev
“Qəbələ”: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 10. Omar Hani
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 9. Əyyub Allaş
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu

writer photo
Əlirza Əlirzalı
0