Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Fehervar” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Apasport.az saytının məlumatına görə, Macarıstan təmsilçisinin A listində 21 futbolçu yer alıb.
“Fehervar” “Qəbələ” ilə qarşılaşmada əsasən əcnəbi futbolçulara bel bağlayacaq. Təsadüfi deyil ki, heyətdə 15 əcnəbi var. Baş məşqçi Mixael Boris “Qəbələ” ilə görüşlərdə ümumilikdə 2 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi və 4 hücumçunun xidmətindən yararlana bilər.
Qapıçılar: 1. Daniel Kovaç, 42. Emil Rokkov;
Müdafiəçilər: 4. Adrian Rus, 5. Attila Fiola, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 26. Mixael Lüftner, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 65. Silvester Hanqya;
Yarımmüdafiəçilər: 6. Peter Pokornı, 8. Yevgeni Makarenko, 21. Ruben Pinto, 23. Pal Dardai, 80. Boqdan Lednev, 94. Klaudiu Bumba;
Hücumçular: 7. İvan Petriak, 9. Budu Zivzivadze, 19. Kenan Kodro, 70. Funşo Bamqboye.
Qeyd edək ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də “MOL Arena Sosto”da, cavab matçı isə ayın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək.