“Qəbələ” və “Şamaxı” yoldaşlıq oyunları keçiriblər
16.08.2024 - 19:48
“Qəbələ” və “Şamaxı” yoldaşlıq oyunları keçiriblər

"Qəbələ" və "Şamaxı" yoldaşlıq oyunlarında qüvvələrini sınayıb.

Apasport.az xəbər verir ki, "Qəbələ" "Cəbrayıl"la, "Şamaxı" "Zaqatala" ilə üz-üzə gəlib.

"Qəbələ" rəqibini 5:2 hesabı ilə məğlub edib. Komandanın qollarını A. Şuaybu, E. Yunuszadə, M.Baxşəli və Domi Jaures (2) vurublar.

"Zaqatala"ya 5:0 hesabı ilə qalib gələn "Şamaxı"da isə Beladji Pusi (2), Brahim Konate (2) və Conatan Benteke fərqləniblər.

 

writer photo
Əlirza Əlirzalı
0