“Qəbələ”dən avrokuboka ERKƏN VİDA
04.10.2022 - 18:49
“Qəbələ”dən avrokuboka ERKƏN VİDA

“Qəbələ”nin U-19 komandası UEFA Gəncıər Liqasında mübarizəni başa vurub.

Apasport.az saytının məlumatına görə, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” I mərhələni adlaya bilməyib.

Zaur Hacıyevin yetirmələri Xorvatiya çempionu “Hayduk”u Qəbələ şəhər stadionunda qəbul edib. “Qırmızı-qaralar” Şahin Şahniyarovun qolu ilə hesabı açsa da, üstünlüyünü qoruya bilməyərək məğlubiyyətlə üzləşib – 1:2. Qonaqların heyətində Luka Vuşkoviç  və Yere Vrtsiç fərqləniblər.

Bu nəticə Split təmsilçisini növbəti mərhələyə daşıyıb. Səfərdə 0:3 hesabı ilə uduzan “Qəbələ” avrokuboklarda çıxışını başa vurub.

Qeyd edək ki, “Qəbələ” ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə ölkəmizi Gənclər Liqasında təmsil edib.
 

writer photo
Əlirza Əlirzalı
0