“Qəbələ”nin İSTƏYİ
20.03.2023 - 20:04
“Qəbələ”nin İSTƏYİ

“Qəbələ” yeni mövsüm üçün heyətini gücləndirmək fikrindədir. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, bölgə klubunun transfer siyahısında milli komandamızda da çıxış etmiş Ağabala Ramazanov var. 

Premyer Liqa təmsilçisi yeni mövsüm üçün “Səbail”in formasını geyinən futbolçunu heyətinə qatmağı planlaşdırır. Vingerin bu komandaya keçib-keçməyəcəyi mövsüm sonunda dəqiqləşəcək.

writer photo
Əlirza Əlirzalı
0