“Qəbələ”nin müdafiəçisi əməliyyat olunacaq
28.05.2024 - 11:18
“Qəbələ”nin müdafiəçisi əməliyyat olunacaq

"Qəbələ"nin futbolçusu Murad Musayev Türkiyəyə yollanıb.

Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi bu gün qardaş ölkədə əməliyyat ediləcək.

Ölkə çempionatının 2023/24 mövsümünün son turunda “Sumqayıt”la qarşılaşmada ciddi zədə alan Musayev oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalmışdı. Onun təxminən 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Musayevin əməliyyatı Ankarada baş tutacaq.

Qeyd edək ki, Premyer Liqanı tərk edən “Qəbələ” növbəti mövsümdə I Liqada oynayacaq.

writer photo
Əlirza Əlirzalı
0