Qələbə “Frayburq”a Çempionlar Liqası ümidi verdi
20.05.2023 - 00:37
Qələbə “Frayburq”a Çempionlar Liqası ümidi verdi

Almaniya Bundesliqasında 33-cü tura start verilib.

Apasport.az-ın məlumatına görə, açılış matçı “Frayburq”un qələbəsi ilə yekunlaşıb.

“Volfsburq”u qəbul edən Ayntraxt klubu fasilədən sonra qələbə qollarını vurub. Günter və Petersen 4 dəqiqə ərzində matçın taleyini həll edən topları rəqib qapısından keçiriblər.

Qeyd edək ki, xallarının sayını 59-a yüksəldən “Frayburq” Çempionlar Liqasına vəsiqə verən 4-cü yer uğrunda yarışır.

33-cü tur

"Frayburq" - "Volfsburq" - 2:0

 

writer photo
Əlirza Əlirzalı
0