Qurban Qurbanov: "Bəzən alınmır"
19.12.2022 - 18:08
Qurban Qurbanov: "Bəzən alınmır"

“Qəbələ”ni təbrik edirəm. Bu qalibiyyətə layiq idilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Çox yaxşı komandaya qarşı oynayırdıq. Kubok matçları çempionat oyunlarından fərqli olur. “Qəbələ”yə uğurlar arzulayıram”.

Qurbanov heyətə də toxunub: “Rəqibləri də nəzərə almaq lazımdır. Daha çox oynadıqca özlərinə güvən artır. Heyətdə zədəlilərimiz həddən artıq çoxdur. Kevin, Bədavi, Filip yox idi. “Qəbələ”yə qarşı həmişə çətin oynamışıq. Bəzən istədiyin, düşüncələrin alınmır. Bu gün bu oyunçulara üstünlük verdim”.

Qeyd edək ki, ilk oyunda 2:2 hesablı heç-heçə ilə kifayətlənən “Qarabağ” səfərdəki 0:1 hesablı məğlubiyyətlə mübarizəni dayandırıb.
 

writer photo
Əlirza Əlirzalı
0