Qurban Qurbanov ikinci “yüzlük”də
01.08.2023 - 20:01
Qurban Qurbanov ikinci “yüzlük”də

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisinin hesabında 1595 xal var.

51 yaşlı mütəxəssis siyahıda 199-cudur. Ötən cədvəllə müqayisədə 5 pillə irəliləyən Qurbanov ikinci “yüzlüy”ə daxil olub.
 
Qeyd edək ki, siyahıya 2194 xalı olan Pep Qvardiola başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0