Qurban Qurbanov: “Qələbəni şəhidlərə, ordumuza həsr edirik”
15.09.2022 - 22:43
Qurban Qurbanov: “Qələbəni şəhidlərə, ordumuza həsr edirik”

“Çox danışmaq olar. Fərqli hissələr oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin II turunun “Nant”la ev oyunundan sonra “CBC Sport”a açıqlamasında Azərbaycan çempionunun qələbəsinə şərh verib: “Vacib idi ki, intizamlı oynayaq. Ehtiyatlı oynadıq ki, rəqib hücumçuları saxlaya bilək. Maraqlı və vacib qalibiyyət oldu. Belə böyük komandanı 3:0 hesabı ilə udmaq azarkeşləri də sevindirir. Təbrik edirəm. İkinci hissədə sürəti artırmaq istəyirdik. Bu üzdən Ramil Şeydayevi meydana buraxdıq. Bu qələbəni şəhidlərə, ordumuza həsr edirik. Bu gün də 21 şəhid verdik. Allah onlara rəhmət eləsin. Oyunun əvvəlində həyəcan var idi. Hamı qalib gəlmək istəyirdi, səhv etməkdən qorxurdu. Vacib olan qələbəni qazandıq. Allah ordumuzu qorusun”.

Qeyd edək ki, “Nant”ı qəbul edən ağdamlılar 3:0 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0