Qurban Qurbanov: “Şanslarımız bərabərdir”
17.08.2022 - 22:46
Qurban Qurbanov: “Şanslarımız bərabərdir”

"Ağır oyun oldu. Bu komanda necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız oldu". 

Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Çexiyanın "Viktoriya" klubu ilə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan (0:0) sonra fikirlərini "CBC Sport"a açıqlayıb: "Qol şanslarından yararlana bilmədik. Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik. Biz səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Biz səbrlə oyunumuzu başa vurduq. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Cavab görüşündə onları sevindirməyə çalışacağıq".

Qeyd edək ki, cavab oyunu avqustun 23-də keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0