Qusar derbisində “lotereya”: “Qaradağ Lökbatan”ın rəqibi dəqiqləşdi
18.11.2023 - 15:57
Qusar derbisində “lotereya”: “Qaradağ Lökbatan”ın rəqibi dəqiqləşdi

Azərbaycan kubokunda I təsnifat mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, raundun ikinci qalibi “Qusar” - “Şahdağ Qusar” matçında müəyyənləşib.

Qusar derbisi Sumqayıtda baş tutub. Qolsuz bitən görüşün taleyini penaltilər seriyası həll edib.

“Lotereya”da daha dəqiq olan qonaqlar ikinci təsnifat mərhələsində “Qaradağ Lökbatan”la qarşılaşacaq. Noyabrın 18-20-nə planlaşdırılan matç Qusar təmsilçisinin meydanına baş tutacaq.

Azərbaycan kuboku
I təsnifat mərhələsi
18 noyabr
13:00. “Qusar” – “Şahdağ Qusar” – 0:0, pen. 4:5

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Kapital Bank Arena” (ehtiyat meydança) 

writer photo
Əlirza Əlirzalı
0