Rafael Ağayev: "İndi daha ağıllıyam" - VİDEO
17.12.2022 - 01:58
Rafael Ağayev: "İndi daha ağıllıyam" - VİDEO

"Karateyə sevgim 6-7 yaşında küçədə yaranıb. Onun kunq-fu ilə məşğul olmasına baxmayaraq, Brus Linin filmlərinə baxaraq karateni sevməyə başlamışam".

Apasport.az-ın məlumatına görə, bunu Rafael Ağayev deyib.

O, yarışdığı "Karate Kombat"a özü haqqında danışıb: "1994-cü ildə Bakıda məşq etməyə başladım. Sonra milli komandaya düşərək karateni sevdim. Karate mənim həm işim, həm də həyatımdır. Demək olar ki, hər gün bir neçə dəfə məşq edirəm. Zalda məşq keçmirəmsə, Bakıdakı Dağüstü Parkda hazırlıq keçirəm. Şəhəri hündürdən izləyirsən və şəhər ayağının altında görünür. Hər dəfə orada olanda özümü çempion kimi hiss edirəm".

Rafael daha sonra 2018-ci ildə debüt etdiyi "Karate Kombat"dakı rəqibi barədə danışıb: "Dionisio Qustavo ilə bir-birimizi dil baxımından başa düşməsək də, az da olsa ünsiyyətimiz olub, ona böyük hörmətim var. Bildiyiniz kimi, idman bir dostluqdur və biz tatamiyə çıxanda hər şeyi unudub, döyüşürük.

Martda 37 yaşım oldu. Demək olar ki, karatedə bütün medallara yiyələnmişəm. Düşünürəm ki, indi daha ağıllıyam və gücümü harada, necə sərf etməyi yaxşı bilirəm. Qarşımda kim olursa, onu rəqib olaraq sayıram və ona yuxarıdan aşağı baxmıram. İdmandır, burada hər şey ola bilər. "Karate Kombat"a qayıtmağımın səbəbi odur ki, burada kontakt karatedir, əsl mən istədiyim kimi karatedir.

Amma ehtiyatlı olmaq lazımdır. Mən bura gəzmək üçün yox, qalib olmaq üçün gəlmişəm".

Qeyd edək ki, Rafael Ağayev bu gün yarımağır çəkidə müvəqqəti kəmər döyüşünə çıxacaq. ABŞ-da keçiriləcək döyüş gecəsi Bakı vaxtı ilə saat 10:00-dan etibarən başlayacaq. Rəqib yerli idmançı, "Bellator"un kikboksinq və MMA yarışlarında iştirak etmiş Reymond Daniels olacaq.

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0