Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Səbail” – “Qəbələ” matçına proqnoz açıqlanıb.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Rahat Ajikulov “ASCO Arena”dakı qarşılaşma üçün təkli kupon variantı təklif edib.
Mütəxəssis 2,57 əmsallıq mərcə üstünlük verib. O, qonaqları şanslı hesab edir:
“Səbail” öz meydanında keçirəcəyi cavab oyununda “Qəbələ”ni qəbul edəcək. İlk görüş favoritin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ” həmin qarşılaşmada 0:2-dən sonra toparlanaraq 3:2 hesabı ilə qalib gəlib.
Hələ heç nə həll olunmayıb. Amma “Qəbələ” favorit kimi qalır. “Səbail” Premyer Liqanın turnir cədvəlində sonuncu yerdədir. Komandanın elitada qalmaq şansı da azdır.
Bakılılar sonda finala çıxmaqla qapını çırpmaq niyyətindədir. Finalda lap kuboku da qazanmaq mümkündür.
“Qəbələ” çempionatda 4-cüdür və medal şansı da qalmayıb. Yalnız bir titul – kubok qalıb.
Hesab edirəm ki, meydan sahibləri ilk dəqiqələrdən irəli atılacaq və arxa xətti boş saxlamalı olacaq. “Qəbələ”nin sürətli hücumçuları da bu boşluqlardan yararlanacaq və ən azı 2 qol vuracaq.
Proqnozum: 2-ci komanda 1,5 Üst