Ralf Ranqnik: "Heç bir ruh düşkünlüyü yoxdur"
15.10.2023 - 13:52
Ralf Ranqnik: "Heç bir ruh düşkünlüyü yoxdur"

“Məşqlərə intensiv başlamışıq. Öz üzərimizdə işləyirik. Azərbaycan matçda nəyə qadir olduğumuzu göstərəcəyik. Məqsədimiz seçmə mərhələni birinci pillədə başa vurmaqdır. Futboldur da, qalib də gələ bilərik, uduza da bilərik. Əsas odur ki, oyunçular ruhdan düşmürlər və yaxşı ab-hava var”.

Apasport.az xəbər verir ki, bu sözləri Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Azərbaycanla oyunöncəsi keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Azərbaycan millisi ilə görüş haqda hansı fikirdəsiz? Oyunçuların konsentrasiyası necədir?
Çətin qrafikimiz var. Komanda uduza da bilər, uda da bilər. Azərbaycan millisi ilə əvvəllər çox da oynamamışıq. Ona görə də gücünü elə də bilmirik. Amma nəzərə alaq ki, son iki matçda İordaniya və Estoniyanı udublar. Demək ki, Azərbaycan millisi də inkişaf edib, sabah nəyə qadir olduqlarını görəcəyik. Matçdan sonrakı konfransda onların gücü haqda daha konkret nəsə deyə biləcəm.
 
- Üç oyunda cəmi bir qələbə qazanmısınız...
Bu nəticəyə baxmayaraq, komandada heç bir ruh düşkünlüyü yoxdur. Futboldur da, hər nəticə baş verə bilər. Əvvəllər qalib gəlirdik. Belçikaya uduzmuşuqsa, o demək deyil ki, ruh düşkünlüyü var.

writer photo
Əlirza Əlirzalı
0