Ramil Şeydayevin komandası növbəti oyununu keçirib.
Apasport.az saytı xəbər verir ki, “Buriram Yunayted” yoxlama matçında qüvvəsini sınayıb.
“Khonkaen Yunayted”la keçirilən qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb. Şeydayevin komandası rəqib qapısından dörd cavabsiz top keçirib. Start heyətində meydana çıxan Ramil ilk qolun ötürməsini verib. Dördüncü qolun vurulmasında da yığmamızın üzvünün əməyi olub. Onun ötürməsindən sonra rəqib futbolçu topu öz qapısından keçirib.
Qeyd edək “Buriram Yunayted” Çempionlar kubokunun finalı ilə start verəcək. Komandanın rəqibi “Banqkok Yunayted” olacaq. Oyun avqustun 5-də keçiriləcək.
Ramildən ötürmə, “Buriram”dan qələbə
30.07.2023 - 16:51
0
0