“Bütün komandaları yeni mövüm münasibətilə təbrik edirəm”.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimində çıxış edən qurum rəhbəri avrokuboklarda iştirak edən komandalarla bağlı fikirlərini bölüşüb: “Qarabağ” artıq futbolsevərləri sevindirdi. “Lex”lə oyun bitdikdən sonra da insanlar stadiondan getmək istəmirdi. Arzu edirəm ki, digər 3 klubumuz da avrokuboklarda bizi sevindirsin. Onların hər birinə istənilən çətinlikdə kömək etməyə hazırıq”.
O, klubların püşkatmada iştirak edən menecerlərinə də məsləhət verib: “Çalışın, səviyyəli əcnəbi gətirin. Eləsini gətirin ki, ehtiyatda qalmasın. Yoxsa, gəlib bizim oyunçulardan öyrənməsinlər”.