Regekampf: "Fanatlarımızın dəstəyi ilə titula yiyələnmək istəyirik" - MÜSAHİBƏ
28.05.2023 - 19:36
Regekampf: "Fanatlarımızın dəstəyi ilə titula yiyələnmək istəyirik" - MÜSAHİBƏ

“Penalti epizodunda bir az şanssızlıq oldu”

Apasport.az saytı xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasında “Sabah”a qalib “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis "Sabah"a 1:0 hesabı ilə qalib gələn qarşılaşmada komandısının oyunundan razı qalıb: “Yaxşı oyun oldu, temp var idi. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Penalti epizodunda bir az şanssızlıq oldu. Hesabı qoruya bildik, 3 xal qazandıq. Bu, bizim üçün hazırda çox vacibdir. Kubokun finalına qədər bir həftə vaxtımız var. Həmin oyuna yaxşı hazırlaşacağıq. Şükürlər olsun ki, bu gün heç bir futbolçumuz zədələnmədi. Zədəli olan oyunçular da artıq bizə qoşulurlar. Ümid edirəm ki, kubokun finalında bütün futbolçular sərəncamımda ola biləcək”.

- "Neftçi" kuboku qazana bilməsə, postunuzda qalacaqsız?
-
Zəhmət olmasa, bir az hörmətlə sual verin. Necə belə bir sual verə bilərsiniz? Çox axmaq sualdır. Mənə qarşı hörmətsizlikdir.

- Bundan əvvəlki "Sabah"la görüşlərdə nə çatışmırdı?
-
Əvvəlki oyunlarda nələr çatışmadığını xatırlamıram. Bu oyuna köklənmişdim. İndi final matçına diqqət ayıracam. Çox dərinliyə gedib "Sabah" oyunumuzu analiz etmək istəmirəm. Şadam ki, qalib gələn tərəf biz olduq və irəliyə baxmalıyıq. Finala hazırlaşmaq lazımdır.

- "Qəbələ" Avrokuboklara vəsiqəni artıq təmin edib. Bu fakt final görüşünə necə təsir edəcək?
-
Final matçıdır. Hər komanda üçün titul vacibdir. Final elədir ki, heç kim matçdan öncə qalib olmur. Hər iki komanda mübarizə aparacaq ki, kuboka yiyələnsin. Məncə, hansı tərəf daha yaxşı hazırlaşarsa, köklənərsə, kuboku qazanmaq üçün üstünlüyü olacaq. Bu il bəxtimizdən elə gətirib ki, final doğma stadionumuzdadır. Stadionun dolu olacağını gözləyirik. Fanatlarımızın dəstəyi ilə qalib gələrək titula yiyələnmək istəyirik. 

- Nə edə bilərsiz ki, final oyunundan qabaq azarkeşlər geri qayıtsın? Nəyi söz verə bilərsiz?
Mən hər şeyə söz verə bilərəm.  Stadionun doldurmaq üçün nə lazımdırsa, söz verərəm. Bayaq dediyim kimi, kubokun final matçıdır, hər iki komanda qələbə üçün çalışacaq. Hər komanda üçün gözəl oyun olacaq. Fanatlar üçün kubok qazanmalıyıq.


 

writer photo
Əlirza Əlirzalı
0