“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf karyerasını ölkəsində davam etdirə bilər.
Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, 47 yaşlı çalışdırıcı yerli yığmanın baş məşqçisi postuna namizəddir.
Rumıniya yığması Millətlər Liqasının son turunda Bosniya və Herseqovina üzərində 4:1 hesablı qələbə qazanmasına baxmayaraq, qrupda axırıncı yeri tutaraq B liqasına düşüb. Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu artıq baş məşqçi Edvard Yordaneskunu istefaya göndərməyi düşünür.
Futbol funksioneri bu posta 5 namizəd müəyyənləşdirib ki, onlar arasında Regekampf da var. Yerli mətbuat onu siyahıdakı sürpriz ad kimi qələmə verib. Digər namizədlər isə George Haci, Viktor Pitsurka, Kosmin Olariu və Dan Petreskudur.
Qeyd edək ki, mövsümün əvvəlində “Neftçi”nin sükanı arxasına keçən Laurentsiu Regekampfın bakılılarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.