Rəqibimizin heyətində 2 dəyişiklik
14.11.2022 - 16:47
Rəqibimizin heyətində 2 dəyişiklik

Azərbaycan və Rumıniya yığmaları ilə yoldaşlıq görüşü keçirəcək Moldova millisində dəyişiklik olub.

Apasport.az-ın Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, iki futbolçu heyətdən çıxarılıb.

Bunlar hücumçu Maksim Kojakor və müdafiəçi Vyaçeslav Posmakdır. “Petrokub”un 24 yaşlı forvardı səhhətində yaranan problem səbəbindən yığmadan kənarlaşdırılıb. Posmakı isə klubu “Boluspor” milliyə buraxmayıb.

Onları müvafiq olaraq “Petrokub”un yarımmüdafiəçisi Yaser Tsurkan və “Sfıntul George”nin müdafiəçisi Mixail Ştefan əvəzləyib.

Qeyd edək ki, noyabrın 16-da Kişinyovun “Zimbru” stadionunda keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0