Rəşad Sadıqov: “Bu qələbəyə çox ehtiyacımız var idi”
16.09.2022 - 09:50
Rəşad Sadıqov: “Bu qələbəyə çox ehtiyacımız var idi”

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ilk ev oyununda “Nant”ı 3:0 hesabı ilə məğlub etməsinə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, Ağdam klubunun sabiq kapitanı instaqram hesabında paylaşım edib.

O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla şəklini paylaşıb: "Hocam, bu qələbəyə çox ehtiyacımız var idi. Şəhidlər ölməz! Allah ordumuzu qorusun!”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə 3 cavabsız qol vuran "Qarabağ" “Böyük beşlik” təmsilçisini böyük hesabla məğlub edib.
 

writer photo
Əlirza Əlirzalı
0