Rəşad Sadıqov: "Liderliyə köklənməmişik"
05.11.2023 - 22:18
Rəşad Sadıqov: "Liderliyə köklənməmişik"

Azərbaycan Premyer Liqasının XII turunun "Sabah" - "Zirə" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. 

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb 

- Emosional oyun alındı. Güclü rəqibə qarşı oynadıq. İlk hissədə daha çox müdafiə olunduq. Standart vəziyyətlərdən sonra yaranan təhlükəli epizodlar təzyiq yaratdı. Fasilədən sonra say üstünlüyü bizdə oldu və bundan istifadə edərək, vacib üç xal qazandıq. İşimizin öhdəsindən gəldik. Hesab bərabər də bitə bilərdi. Belə səfərdən əldə olunan hər xal ekstradır.

- "Qarabağ" dünən liderliyə yüksəlmişdi, bu gün yenidən zirvədəsiniz. Bunu davam etdirməyə nə qədər gücünüz çatacaq?
- Xalları sırf liderlik üçün qazanmırıq. 24 zal qazanmışıq, digər rəqiblərimiz də yaxındır. Liderliyə köklənməmişik, xal və ya xallar qazanmaq istəyirik. Bu gün bir xal da əldə etmək qənaətbəxş olacaqdı. "Qarabağ" qələbə qazanıb deyə, bu gün biz də mütləq qazanmalıyıq düşüncəsi əlavə təzyiq ola bilərdi. "Sabah" yaxşı komandadır, son turda da üç xal qazanmışdılar.

writer photo
Əlirza Əlirzalı
0